Anamdan soruşuram, sən nə zaman yaşlanmağa başladığını hiss etdin? Deyir, bu yaxınlarda, sənin yaşında isə nə vaxtsa yaşlanacağımı hələ heç düşünmürdüm. Deyəsən, içimdəki məndən daha əvvəl doğulub. Yaşımı yaşamağa imkan vermir. Yəgin, anamın yaşında olanda da bir əsr yaşamış kimi olaram. Əslində, hər qadının yaşı onun içindəkinin nə qədər xoşbəxt olması ilə bağlıdır. Məsələn, sabah 50 yaşım ola bilər, o birisi gün 15. Əsas olan insanın içindəki ilə bütünləşə bilməsi, tək bir insan olaraq yola davam etməsidir. Yoxsa hər tərəfi bir səmtə çəkən insanlar geridən başlayarlar. Razıyam, hər şeydən biraz-biraz, bir şeydən hərşey olmasından daha pisdir.
Beş il öncəki suallara tapdığım cavablar o deməkdir ki, bugünki suallara da beş il sonra cavab tapacağam. Hərçənd, o cavablar bügun xüsusi bir işə yaramayır. Tətbiq ediləcəyi yer olmayan biliklər kolleksiyası. İnsanların cavabsız suallarla rahat davam edə bilmələrinə heyranam.
Qalib gələn hansı tərəfimdir, bilmirəm. Özüm-özümün qəsdinəmi durmuşam. Bu qədərini necə gəzdirə bilmişəm özümlə, anlamıram. Sanki, bir həyata sığmamaq qorxusu daşıyıram. Birinə baxarkən digərlərini görməmək tədirginliyi ilə baxdığımı yarıda qoymamalıyam. Yaşanılan anı ancaq həmin ana həsr etməliyəm, ora bir neçəsini sığdırmaq üçün çabalamamalıyam. Zamanla eyni vaxtda addımlamağın geridə qalmaq olmadığını özümə anlatmağa çalışıram. İnsanlarla bir yerimək həmişə təkrarçılıq və yaltaqlıq deyil axı. Bu qədər böyütməməliyəm bu məsələni. “Palaza bürün, el ilə sürün”? Yox, bağışlayın, bu atalar sözünü sevmirəm və sevməyəcəyəm də. Yəgin hələ çox əziləcəyəm bu palazsız. Yumşaq palazlara bürünüb gedən cəmiyyətdən kənarda tənha qalacağam.
Əslində, iki damla yaş axa bilsəydi indi hər şey çox yaxşı olardı. İçimdə böyümüşlər kiçilərdi. Bəlkə də, həyat düşündüyümdən daha böyükdür, bu qədər cılız baxmaq lazım deyil. Ölçə bilən varmı? Tələsmək lazım deyil, hər şeyə çataram. Hər şeyi tələsərək bir-birinə qatıb, daha sonra onların həllinə sərf olunmaqdansa, hər şeyi zamanında yaşamaq daha ağıllı imiş. Bilməsən nə itirəcəksən, bilərkən daha çox itirirsən. Bəlkə də, həyat düşündüyümdən daha kiçikdir, bu qədər böyük baxmaq lazım deyil. Nə etsən də yetməyəcək sənə. İdeallara tərs həyatdır bu. Yetməməyinin səbəbkarı özüməm. Yetəcək qədər kiçik olmalı idim. Əvvəli-axırı bilinməyən arzuların ölçülmüş zamana sığmayacaq. Ya getmək istədiyin beş yolun beşinə də cəhd edib sonda heçnəsiz qalacaqsan. Ya da əlini uzatdığında asanlıqla çata biləcəyin qarşındakını seçəcəksən və heçnəsiz qalmayacaqsan, amma nəsə də olmayacaq.