27 yaş
nənə olacağımı düşündüyüm yaş qədər uzaq gəlirdi.
27 yaşında adam olmadığını düşünürdüm.
Bu yaşa
çatanda isə ümumiyyətlə, bəzilərinin heç 50 yaşında da hələ adam olmadığını
gördüm.
Anladım ki,
düzgün insan olmağın yaşa, irqə, dinə, milliyətə, təhsilə, maddi və s.
nüanslara heç bir aidiyyatı yoxdur.
Jhon Lennon söyləmişdir: 'Həyat-biz yeni planlar
qurarkən bizimlə baş verənlərdən ibarətdir'.
Təəssüf ki, bəzən insan
ömrünün çox hissəsini 'sil, başdan başla' deməklə keçirir və həyatın
başlamasını gözləyir.
Halbuki, həyat dünən
başlamışdır, həyat bugündür.
Bu dünyada bizi biz edən
təcrübələrimizdən daha dəyərli heçnə yoxdur.
Həyatımdan
pis və ya yaxşı gəlib keçmiş hər bir insanın mənə bir şeylər qatdığına əminəm.
İncitdiklərimdən
üzr istəyirəm, məni incidənləri bağışlayıram.
Və hər kəsə
özləri də bilmədən mənə öyrətdikləri hər şey üçün təşəkkür edirəm.
Nə
olur-olsun, insan hər şeyin sonunda özünə dönür.
Döndüyümüz
yerin gözəl olması diləyi ilə...
