Anamdan soruşuram, sən nə zaman yaşlanmağa başladığını hiss etdin? Deyir, bu yaxınlarda, sənin yaşında isə nə vaxtsa yaşlanacağımı hələ heç düşünmürdüm. Deyəsən, içimdəki məndən daha əvvəl doğulub. Yaşımı yaşamağa imkan vermir. Yəgin, anamın yaşında olanda da bir əsr yaşamış kimi olaram. Əslində, hər qadının yaşı onun içindəkinin nə qədər xoşbəxt olması ilə bağlıdır. Məsələn, sabah 50 yaşım ola bilər, o birisi gün 15. Əsas olan insanın içindəki ilə bütünləşə bilməsi, tək bir insan olaraq yola davam etməsidir. Yoxsa hər tərəfi bir səmtə çəkən insanlar geridən başlayarlar. Razıyam, hər şeydən biraz-biraz, bir şeydən hərşey olmasından daha pisdir.
Beş il öncəki suallara tapdığım cavablar o deməkdir ki, bugünki suallara da beş il sonra cavab tapacağam. Hərçənd, o cavablar bügun xüsusi bir işə yaramayır. Tətbiq ediləcəyi yer olmayan biliklər kolleksiyası. İnsanların cavabsız suallarla rahat davam edə bilmələrinə heyranam.
Qalib gələn hansı tərəfimdir, bilmirəm. Özüm-özümün qəsdinəmi durmuşam. Bu qədərini necə gəzdirə bilmişəm özümlə, anlamıram. Sanki, bir həyata sığmamaq qorxusu daşıyıram. Birinə baxarkən digərlərini görməmək tədirginliyi ilə baxdığımı yarıda qoymamalıyam. Yaşanılan anı ancaq həmin ana həsr etməliyəm, ora bir neçəsini sığdırmaq üçün çabalamamalıyam. Zamanla eyni vaxtda addımlamağın geridə qalmaq olmadığını özümə anlatmağa çalışıram. İnsanlarla bir yerimək həmişə təkrarçılıq və yaltaqlıq deyil axı. Bu qədər böyütməməliyəm bu məsələni. “Palaza bürün, el ilə sürün”? Yox, bağışlayın, bu atalar sözünü sevmirəm və sevməyəcəyəm də. Yəgin hələ çox əziləcəyəm bu palazsız. Yumşaq palazlara bürünüb gedən cəmiyyətdən kənarda tənha qalacağam.
Əslində, iki damla yaş axa bilsəydi indi hər şey çox yaxşı olardı. İçimdə böyümüşlər kiçilərdi. Bəlkə də, həyat düşündüyümdən daha böyükdür, bu qədər cılız baxmaq lazım deyil. Ölçə bilən varmı? Tələsmək lazım deyil, hər şeyə çataram. Hər şeyi tələsərək bir-birinə qatıb, daha sonra onların həllinə sərf olunmaqdansa, hər şeyi zamanında yaşamaq daha ağıllı imiş. Bilməsən nə itirəcəksən, bilərkən daha çox itirirsən. Bəlkə də, həyat düşündüyümdən daha kiçikdir, bu qədər böyük baxmaq lazım deyil. Nə etsən də yetməyəcək sənə. İdeallara tərs həyatdır bu. Yetməməyinin səbəbkarı özüməm. Yetəcək qədər kiçik olmalı idim. Əvvəli-axırı bilinməyən arzuların ölçülmüş zamana sığmayacaq. Ya getmək istədiyin beş yolun beşinə də cəhd edib sonda heçnəsiz qalacaqsan. Ya da əlini uzatdığında asanlıqla çata biləcəyin qarşındakını seçəcəksən və heçnəsiz qalmayacaqsan, amma nəsə də olmayacaq.

Milet məktəbi filosofu Anaksimen bir gün öz şagirdi ilə gəzintidə ikən şagirdi ona belə bir sual verir:
ReplyDelete- Ustad,tanınmış filosofsunuz, böyük insanlarla oturub durursunuz. Bu qemgin və fikirli halınızın səbəbi nədir? Anaksimen cavab olaraq yerdə iki dairə(bir böyük,bir kiçik) çəkir və:
- Əzizim, sənin bildiklərin bu kiçik dairədə,mənim bildiklərim böyük dairədə toplanıb. Bundan kənarda bizim bilmədiklərimizdir. Diqqətlə bax,sənin bildiklərinin bilmədiklərinlə sərhəddi kiçik, mənimkisə daha böyükdür. Dalğın və fikirli halım bildiklərimin nə qədər etibarlı və təhlükəsiz olması ilə bağlıdır.
Məncə,belə insanları görəndə onların sual yaradacaq qədər dairəyə sahib olmadığı qənaətinə gəlmək daha doğru olardı. Palaza bürünmək istəməyənlərin sayı isə birdən artıqdır,tənha deyilsiniz. Bu arada, Afərin
Fikrinizi bölüşdüyünüz üçün təşəkkürlər!
ReplyDeleteÖzüm-özümlə danışdığımı düşünürdüm)
Если ты говоришь с богом это молитва.если бог говорит с тобой это шизофрения)бог не говорит с вами случайно?)
ReplyDeleteНастоящая молитва – это когда Бог говорит с вами(естественно в метафорическом смысле)Шизофрения - непонимание этой простой вещи. От великого до смешного один шаг.
ReplyDeleteБог не может говорить с человеком напрямую не в каких смыслах.Эта способность дана дьяволу.Кстати который препятствует найти себя в етой жизни.Я читал все ваши писанины тут.Психологический вывод из етого такой,вы пока не можете найти себя в етой жизни.Не скрывайте свою личность пусть вас воспринимают такую какая вы есть.Не слушайте голос изнутри который уверяет вас что так правильно.Ето не бог).Эта жизнь борьба.Надо бороться умно стратегично и хитро.
ReplyDeleteЕсли вы хотите бороться таким образом, так что же вам мешает? А мне не нужно счастье которое я получила с хитростью.
ReplyDeleteAnonymous Mar 3, 2012 01:01 icin: Hayat bir savash meydani, fakat her shey yerini kimin yaninda belirlediyinden asili. Sheytansin, Meleklemi savashiyorsun, yoksa Melek yaninda sheytana karshisin?
ReplyDeleteЯ непитаюсь тут внедрить вам свою идеалогию.Так что обо мне не будем)мне никто не мешает.Хитростью счастья не заслужишь.Только 3-0 проиграешь;-).А вот к успеху придешь)
ReplyDeleteHeyat her kesin yashadigi qederdir,,yashadigi olcudedir..
ReplyDelete