Əlbəttə, hardasa kimsə sənin uğursuz olmağını istəyə bilər. Amma sənin uğurlarını dörd gözlə gözləyənlərə dön bax.
Əlbəttə, bir yerlərdə səni özlərinə tabe etmək istəyənlər tapılacaq. Amma səni özünə nümunə götürənlər səndən təkrarsız olmanı gözləyirlər.
Əlbəttə, kimlərsə sənə içindəki səsə qulaqlarını yummanın yollarını öyrədəcəklər. Amma sən əmin ol, bunlar içlərindən səsi kəsilənlərdir.
Kimsə sənə hər şeyi olduğu kimi saxla, bir əldən səs çıxmaz deyəcək. Amma biri çox yaxşı söyləyib “Dünyada görmək istədiyin dəyişiklik özün ol”.
Dünya belə gəlib, belə də gedəcək deyəcəklər. Dön bir keçən illərə, əsrlərə bax. Görəcəksən ki, dünya belə gəlməyib, deməli, belə də getməyəcək.
Kimsə təkidlə sən bu deyilsən deyəcək. De ki, o səni heç tanımayıbmış.
Əlbəttə, səni yalnız öz görmək istədikləri kimi görənlər olacaq. Amma sən onlar üçün gözəgörünməz olduğunu düşün. Başqaları səni görməmişdən əvvəl sən özünə bax və gör.
Əlbəttə, səni yalnız öz görmək istədikləri kimi görənlər olacaq. Amma sən onlar üçün gözəgörünməz olduğunu düşün. Başqaları səni görməmişdən əvvəl sən özünə bax və gör.
Biri sən hər addım atmaq istədiyində “sonunu düşün, sonunu düşün” deyə bütün addımlarının qarşısını almağa çalışacaq. Amma sənin başlamaq istədiklərini başlaman üçün ehtiyatda ikinci həyatın yoxdur ki. Hər gün yeni bir başlanğıcdır. Bugün keçdisə sabahdan başla.
Biz yaşadığımız sürəcə əlbəttə ki, yaşayan kimsələr də olacaq və onlar daima nəsə deyəcəklər. Hətta sözləri olmayanda belə. Onlar səni qışda saxlamaq istəyəcəklər, amma artıq yazdır. Və qışa hələ çox var, amma tədarükünü indidən gör. Əsas odur ki, sən öz zamanını başqalarının boş qalmış zamanlarını doldurmağa sərf etmə. Bu zaman sənindir və onun sahibi özün ol.

