Aug 5, 2012

Məsələn, biriləri olsa



Məsələn, biriləri olsa
Dostunmu, sevgilinmi
Nə olduğu tam bilinməsə.
Gözünün qarası axar deyə
yanında ağlamaqdan utanmasan.
Güləndə qəhqəhən göylərə ucalır deyə
özünü tutub saxlamasan.
Məsələn, biriləri olsa
Yuxuda qorxdun deyə gecəyarısı saat üçdə
düşünmədən zəng edə bilsən.
Mənasız qorxularını belə
bölüşə bilsən.

Məsələn, ildırımların çaxmasından,
Qatarı gözləyərkən platformadan yıxılacağından,
Çox erkən dünyanı tərk edəcək kimi olduğundan,
Dişin sinirlərini çıxaran
o nazikuclu əclaf alətdən
Necə qorxduğunu anlatsan.
Məsələn, biriləri olsa
Hər səhər sənə
"Hər şey çox yaxşı olacaq" deyə bir not qoysa.
Gedərkən hər zaman "görüşərik" desə
və bu görüşlər heç bitməsə.
Məsələn, biriləri olsa
Yanında dəyişmədən qala bilsən.
Dünyanın ən yaxşısı olmağa məcbur olmasan.
Özün olmağın dadını çıxarsan.
Məsələn, biriləri olsa
Keçmiş sevgililərindən danışsa.
Qırılacağını gözə alacaq qədər dürüst olsa.
İncidə biləcək qədər səmimi.
Məsələn, biriləri olsa
Küləyə, qasırğaya, tufana inad,
Payıza inad, qışa inad,
Bir yerə toplaşıb pıçıldaşan insanlara inad,
Dünyanın qondarma qanunlarına inad olsa.
Çox deyil          
Məsələn, biriləri olsa...

2 comments:

  1. Niyə olmadığını düşünürsən ki?Bəlkə biz özümüz sərhədlərimizi keçə bilmirik?! Bəlkə də elə biri hələ qarşımıza çıxmayıb?! Amma o birilərinin var olduğuna həmişə inanmışam.Bəlkə də onları ayrı-ayrı insanlarda cəmləməliyik, kim bilir:) Əla idi Kama, sanki içimdə yığılanları yazıya almısan:)

    ReplyDelete
  2. İçində yığılanlardan bir az boşalda bildiyim üçün sevinirəm))Ne bilim e, nese bir boşluq varsa, başından aşan işlərin içində də bekarçılıq hiss eliyirsənsə deməli, biriləri, bir şeylər çatışmır.

    ReplyDelete