Obsessiv-kompulsiv pozuntu zamanı fikirlər psixoloji
diskomfort yaradır, istəmədən
insan bir şeyi 10 dəfə təkrarlamaq
ehtiyacı hiss
edir. Məsələn, bundan əziyyət çəkən insanlarda adətən ətraf
ilə təmas əsnasında mikrob qapacağına dair qorxu kimi, əl sıxmamaq ya da
köhnə binalara girməmək kimi qəribə davranışlar izlənilir.
Neyl
Hilbon (Neil Hilborn) da OKP xəstəliyi ilə mübarizə aparmaq üçün vaxtaşırı
müalicə alır. Təəssüf ki, bu xəstəlik həmişəlik sağalmır. İki il əvvəl Neyl öz sevgisindən bəhs
edən şeir yazır. Bir poetik yarışmada şeir ifa olunandan sonra videolar
internetdə yayılmağa başlayır və gözləmədiyi halda Neyl çox məşhurlaşır.
Obsessiv-kompulsiv pozuntuların yüngül simptomlarını özümdə və bir sıra insanda müşahidə etdiyim üçün, təbii ki həm də şeirdən təsirləndiyim üçün onu tərcümə edib, paylaşmaq istədim.
Obsessiv-kompulsiv pozuntuların yüngül simptomlarını özümdə və bir sıra insanda müşahidə etdiyim üçün, təbii ki həm də şeirdən təsirləndiyim üçün onu tərcümə edib, paylaşmaq istədim.
Mən onu
ilk dəfə görəndə
Beynimdəki
bütün səslər susdu.
Gözümün
önündə fasiləsiz yenilənən rəsimlər, təkrarlanan işarələr yoxa çıxdılar.
Əgər siz
OKP-dən əziyyət çəkirsinizsə
İnanın ki,
sizin həyatınızda sakit anlar olmur.
Hətta mən yatarkən
belə düşünürəm:
Görəsən
qapını bağlamışam? Hə.
Görəsən
əllərimi yumuşam? Hə.
Ancaq onu
görəndə,
tək
düşündüyüm şey - onun saç sancağı kimi burulmuş dodaqları,
bir də
yanağına düşən kirpik idi.
Onunla
danışmalıydım.
Otuz
saniyə ərzində
Altı dəfə
onu görüşə dəvət etdim.
Düzdür, o
artıq üçüncü təklifdən sonra hə demişdi,
ancaq mən
yenə də davam edirdim, çünki heç birini tam yaxşı deyə bilməmişdim.
İlk
görüşümüzdə yemək yeyib, onunla söhbət etməkdənsə
yeməyi
rənglərinə görə ayırmağa qarışmışdı başım.
Amma bu
onun xoşuna gəlmişdi.
Hər dəfə
sağollaşanda onu ən az on altı dəfə öpməli olmağım onun xoşuna gəlirdi.
Həmçinin,
çərşənbə günləri müxtəlif vaxtlarda onu iyirmi dörd dəfə öpməyim də.
Amma bu da
onun xoşuna gəlirdi.
Biz eyni
evdə yaşamağa başlayanda o mənə deyirdi ki, özünü güvəndə hiss edir.
Heç kim
bizi heç vaxt qarət edə bilməyəcək çünki, mən qapını bağlayıb-bağlamadığımı düz
on səkkiz dəfə yoxlayıram.
O
danışanda mən həmişə onun dodaqlarına baxardım.
Məni
sevdiyini söyləyəndə dodaqlarının kənarları yuxarıya doğru burulardı.
Gecə
gəldikdə o yataqda uzanıb mənim bütün ışıqları
söndürüb-yandırmağımı
izləyərdi.
Gözlərini
yumardı və günlərin necə ötüb-keçəcəyini təsvir edərdi.
Lakin bir
gün...
O dedi ki,
mən onun çox vaxtını alıram.
Sağollaşanda
onu çox öpdüyüm üçün hər dəfə işə gecikir.
Məni
sevdiyini deyəndə artıq dodaqları düz xətt kimi tərpənməzdi.
Mən
səkidəki çuxurların qarşısında dayananda o yoluna davam edərdi...
Və
keçən həftə o anasıgildə qaldı.
Məni özünə
bu qədər öyrəşdirməməli olduğunu,
bunun çox
böyük səhv olduğunu söylədi.
Axı bu
necə səhv ola bilərdi?
Bir halda
ki, mən ona toxunduqdan sonra əllərimi yumazdım.
Sevgi səhv
ola bilməz axı.
Və onun
bunu belə rahat inkar etməsi məni öldürür,
çünki mən
inkar edə bilmirəm.
Mən yeni
münasibətlər qura bilmirəm, çünki o ağlımdan heç çıxmır.
Və
ucu-bucağı görünməyən maşınların arasında özümü sıxışmış hiss edirəm.
Ancaq o
məni sakitləşdirən yeganə gözəl şey idi.
Görəsən
indi onu kim öpür?
Mən
bilirəm ki, o onu yalnız bir dəfə öpür! Və heç düşünmür ki, bəlkə bu öpüş
mükəmməl olmadı.
Elə istəyirəm ki, o qayıtsın...
Artıq
qapını açıq saxlayıram
İşıqları
yanılı.
Tərcümə: Kamala Imanova
Tərcümə: Kamala Imanova
