Aug 14, 2013

Yüz ilin yenilməz qalası

Kimisi üçün toxunulmazlıq abidəsi,
Yüz ilin yenilməz qalası,
Əlçatmazlıq heykəli,
Gərçək ola bilməyəcək qədər xəyal,
Körpələr yuxuya getsin deyə 
anaların səsləndiyi mələk,
Balaca qızların idealı,
Heyvanların anası.

Kimisi üçün bir anın ovuclarında əriyən qar,
Çağırılmamış gələn qonaq,
Tutulmayacaq vədlərin qurbanı,
Həm arzulanan, həm saxlanılmayan.

Kiminsə zövqünü oxşamağı özünə xəyanət saymaq.
Ən çox da xəyanətin özünə olanından qorxmaq.
Ya tam olmaq, ya heç olmaq,
Qızıl ortaya düşə bilməmək.
Ortaları sevməmək,
Ortadan başqa bir şey ola bilməyənlərin də 
sənin üçün bir yoxa çevrilməsi.


Sən onlarda həm var idin, həm yox idin
Onlar səndə var idilər və yox oldular...



No comments:

Post a Comment