Hər son bir başlanğıcdır deyirlər. Görəsən, bu son nəyin başlanğıcıdır? Özündən sonra başlanğıc gəlməyən bir son yoxdurmu? Ya da bizim sonlar başlanğıcların başlamasına imkan verəcək qədər zəifdirlər. Nəyinsə başlamasını gözləmək yazıq bir təsəllimidir? Hər şey artıq başlayıbmı? Bir başlanğıc uğruna ətrafını təmizləyə-təmizləyə gedir insan. Amma onların təmiz dedikləri sənin kirli bilib sildiklərindəndirsə-fəlakət elə işin burasındadır. Demək ki, hər kəsin öz təmizləri və kirliləri var. Bu mübahisə olunmazdır. Hətta, yer üzündə bir fikir tək qalsa belə, onu hesaba almamağa heç kimin haqqı yoxdur. Bu dünyada hər kəs bir-birindən daha ağıllıdır. Hətta, ən axmaq insanın belə öz doğruları var. IQ testlər ilə ölçülür ağıl? Diplomlarla? Səyahətlərin sayı ilə? Təcrübə ilə? Nə ilə? Hər şeyi ümumiləşdirmək, ixtisara salmaq istəyirik? Niyə, çünki, qırağa çıxanlardan qorxuruq? Ümumiləşmədən qıraqda qalanlar çoxluğun içinə yuvarlananları daha yaxşı analiz edə bilirlər? Analiz olunmaqdan, özümüzlə üz-üzə gəlməkdən çəkinirik? Özümüzlə təklikdə danışdıqda belə tam səmimi ola bilirik? Olmalı olduqlarımızı həddən artıq ideallaşdırırıq və bu ideala bənzəməyi ömürlük müqavilə bağlamış kimi öhdəmizə götürürük. Arzularımız, seçimlərimiz hətta zövqlərimiz belə özümüzü inandırdığımız bir obraza görə dəyişir. İkili həyat sürər kimi… Kimləri eyniliklərdən yorulur, kimləri isə yeniliklərdən. Hərdən insan heç yenilənməmək, köhnə qalmaq istəyir. Əksinə, çox şey daddıqca seçimlər çətinləşir. Nə qədər az bilirdinsə daha çox bildiyini düşünərək rahatlıq tapırdın. Amma artıq nəsə bilməyə başladığında bilmədiklərinin həcmi insanı qorxudur. Və nəticədə heçnə seçməmək üzrə qərarlaşırsan. İnandığın bütün doğruları itirirsən. Yoxsa, seçə-seçə, yanıla-yanıla öyrənilir? Bəlkə, həyat fəlsəfəni dəyişməlisən? Bu analizlərin bir sonu yoxdurmu? Analizlər bitməmiş seçim etmək doğru olarmı? Bəs həyat ümumiyyətlə öyrənilə bilinən bir şeydirmi? Təəssüf ki, həyat, kitabları oxuyub universitetə qəbul olmaq kimi deyil. Sualların hansı kitabdan düşəcəyini bilmək olmur. Bəs uğur qazananlar kimlərdir? Dərslərini yaxşı oxuyanlar ya bəxtigətirənlər?
"Yer üzündə bir fikir tək qalsa belə, onu hesaba almamağa heç kimin haqqı yoxdur"- Buyurun, fikirlerden biri:
ReplyDelete"Hər son bir başlanğıcdır deyirlər"- Çox şişiribler, çün "bashlangiclar", adətən "Sonlar" tamama ermemish bashlar(Mentiqi: xatirladiginiz ve ya xatirlamaq istediyiniz hec zaman sona catmayib). Heyati murekkeb eden de zaten budur: Her bashlangic sonun ve ya sonlanmasini istediyinizin yerini tam olaraq tutsaydi, sabah, bu gun ucun, dunen ifadesini ishlede bilmezdiniz.
Özündən sonra başlanğıc gəlməyən bir son yoxdurmu?- Fikirleshenler ölür, fikirler ölməyə bilər Amma bunlarin ortaq bir sonu var (Allaha inanlar ucun) - Qiyamet. (Sonu olmayan bir tek shey var...)
"Ya da bizim sonlar başlanğıcların başlamasına imkan verəcək qədər zəifdirlər" - Bashlangiclari dartib getiren "Son" dediklerimizdir ki, oz yerini ona vermez, yaninda yer verer. Bu, son dediyimizin gucudur.
"Nəyinsə başlamasını gözləmək yazıq bir təsəllimidir?" - Bashlayan biz ozumuzuk, Bashlamasina sebeb veren bashqasi. Yaxshi sebeb ucun bunun adi - Sebrdir.
"Hər şey artıq başlayıbmı?" - Artiq nese bashlayib?
"Bir başlanğıc uğruna ətrafını təmizləyə-təmizləyə gedir insan. Amma onların təmiz dedikləri sənin kirli bilib sildiklərindəndirsə-fəlakət elə işin burasındadır. Demək ki, hər kəsin öz təmizləri və kirliləri var. Bu mübahisə olunmazdır." - Saglam cevrede yaxshi sebeb var.
"Hətta, yer üzündə bir fikir tək qalsa belə, onu hesaba almamağa heç kimin haqqı yoxdur"- Raziyam, iki elle.
"Bu dünyada hər kəs bir-birindən daha ağıllıdır. Hətta, ən axmaq insanın belə öz doğruları var" - Her kes bir- birinden bu dunyada agillidir. Hem de her kesin qebullendiyi halda olursan agilli, olmazsan, deli(Yeni bir gun agilli, bashqa gun deli olmaq mumkun), bashqa sozle, iki halda deli olmaq olur, agili itirende ve bashqalari terefinden basha dushulmeyende.
IQ testlər ilə ölçülür ağıl? Diplomlarla? Səyahətlərin sayı ilə? Təcrübə ilə? Nə ilə? - Agil bir hediyye. Hediyyeni olcmek, Istenmediyi halda Verene hormetsizlik. Missiyasi, dogru secim etmek(Aglin az, amma ozununku olsun(Tolstoy).)
"Hər şeyi ümumiləşdirmək, ixtisara salmaq istəyirik? Niyə, çünki, qırağa çıxanlardan qorxuruq?" - Umumileshdirmek kiciltmekdir, Serhedleri kichik olan, onlari serhedlerine sigdira bilmirse, o zaman ixtisara el atilir. Ona gore ki, ekseriyyet oz olculerinin kicikliyini gostermek istemez.
"Ümumiləşmədən qıraqda qalanlar çoxluğun içinə yuvarlananları daha yaxşı analiz edə bilirlər?" - Analizin neticesi ve qiraqda qalanlarin shexsi keyfiyyetleri duz mutenasibdir.
"Analiz olunmaqdan, özümüzlə üz-üzə gəlməkdən çəkinirik? Özümüzlə təklikdə danışdıqda belə tam səmimi ola bilirik?" - Uz-uze geldiyinde ozunu gorenin qorxusu olmaz. Ozuyle tekliye chekile bilen artiq semimidir. Vicdaninin onu acilamayacagini bilir.
"Olmalı olduqlarımızı həddən artıq ideallaşdırırıq və bu ideala bənzəməyi ömürlük müqavilə bağlamış kimi öhdəmizə götürürük. Arzularımız, seçimlərimiz hətta zövqlərimiz belə özümüzü inandırdığımız bir obraza görə dəyişir. İkili həyat sürər kimi…" - Ideal tutmaq yanlish deyil, bir halda ki, hec zaman yetishe bilmeyeceyin qeder elcatmaz olsun ki, tersi olarsa, bu qeder cekdiklerime deymezdi deyib meyus olmayasan(Dogru olursa, inkishafa sebeb olar). Yetishe bileceklerin ucun gerekmez...
"Hərdən insan heç yenilənməmək, köhnə qalmaq istəyir." - Yeni qalib kohnelmemeyi istemek daha dogru, ozune sadiqliyi itirmemek shertile.
"Çox şey daddıqca seçimlər çətinləşir. Nə qədər az bilirdinsə daha çox bildiyini düşünərək rahatlıq tapırdın. Amma artıq nəsə bilməyə başladığında bilmədiklərinin həcmi insanı qorxudur." - Bildiklerimiz artdiqca onlarin mechulluqla temasi artir, qorxu, bu temas hara qederdir goresen, deye bash verir. Cavabini kimsenin tapdigina emin deyilem.
ReplyDeleteSonluga ve Bütünləmə....
Heyat, onu oyrenmek istemeyenleri yashadib....O, pis muellimdir, amma....amma herden pis muellimden de nese oyrenmek olur....Uguru da deyesen, derse gelmeyenler qazanir....
.....Belke yazanda ayri sheyleri dushunerek suallar verilmishdi, men ferqli cavablar verdim, amma belesi de mumkun idi....Eger suallari qoyub onlara cavab axtarmaga vaxt serf edirsinizse, Sizinle sohbet chox maraqli olmali....
Bashlangiclari dartib getirenin "Son" dediklerimizin olmasi ile raziyam. Amma sonun bashlangicla yan-yana getmesi ile qetiyyen razi deyilem.O zaman bu son sayilmaz ki. Guclu sonlar nece olur? Tesevvur etmekde chetinlik chekirem. Gucu olan bir shey son ola bilecek hala nece gelib chixir ki? Demek ki, onu son edecek zeiflikleri var. Her bashlangic ise sadece bashlangicdir ve onun son ola bilmeyecek geder guclu olub-olmamasini ise zaman gosterir.
ReplyDeleteFerqimiz, Sizin gercek olub aradan gedene(ve getmish kimi gorunene), Bizim ise unutdugumuza "Son" adi vermeyimizdir. Bu her sheyin sonudur deyib xatirlayiriqsa, demek ki, hele "Son" deye bir shey yox... Bax belece Gelen her bashlangicla her "Son" yanashi gede bilir. Gucu ise onun haqqinda hemishe "Son" kimi danishmagimizdir.
ReplyDeleteBu eminlikle yazilmish cumlelerden chixib oz dogrularimin bashina donmeyim bir az zaman aldi duzu. Amma neticede yegin ki her kes oz baxdigi terefin onu getirdiyi mueyyen bir qerara gelerek chixish edir, ishin maraqli terefi de bundadir. Demek ki, bir fikire yashanilanlardan ve s. ireli gelerek muxtelif ve oz-ozluyunde haqsiz sayilmayan ferdi yanashmalar mumkundur. Bes goresen bunlardan hansisa subuta yetirilendirmi? Yoxsa ferdi olaraq qalmalidir? Sona chatan bir shey de xatirlana biler (xatirlamalar da fergli olur). Xatirlamaq basha donub yashatmaq deyil ki. Bir var hansisa bir sonun ichinde yashananlari xatirlamaq, bir de var hemin sondan yalniz ozunu analiz uchun istifade etmek(meselen, oz uzerinde sadece elmi tedqiqat aparmaq kimi). Hemin son dediyimiz heqiqeten de son deyilse, ichinde iken insanin neticeler chixarmasinin mumkunluyune shubhem var.
ReplyDeleteHer bashlangic bir sondur.Ekser hallarda bu oz tesdiqini tapir amma bu daima bele olur ve olacaq kimi bir qanun yoxdur..Bashlangiclar sonlardanda bashlaya biler ve ya bir bashlangic uzerine yeni bir bashlangicda etmek olar...Her bashlangic yeni bir Bashlangicdir ve her son novbeti Bashlangicin sgortasi deyil
ReplyDelete