Heç cür sevə bilmədim bu qışı,
Soyuğuna isinə bilmədim.
Donan hisslərimi daha da dondurur.
Amma artıq öyrəşmişdim.
Bu qış gününə yay uyğun deyil.
İstəklərimlə olmazlarımı bir araya
gətirə bilmərəm,
Hansının çəkisinin daha ağır olacağını
görməkdəndir qorxularım.
Bu qorxularımı görmə, sadəcə mən
göstərdiklərimin ağırlığına aldan.
Özümü gizlətmişəm, tap, amma xəbər
vermə.
Gizli qala bilməyimə kömək et.
Mən qışda qışı yaşamağı öyrənmişəm,
Yayı gətirmə.
Gətirsən, qışda yayı yaşamağı öyrət.
Bu yayın məni çox isitməyəcəyini,
Donan hisslərimi əritməyəcəyini,
Qışın məndəki qanunlarını
pozmayacağını,
Qəlbimdəki doğruların doğru
olmadıqlarını,
Söylə.
Yay gələndə məni böyük qışlarla üz-üzə
qoymayacağını
Söz verə bilərsən?
Heç sinoptiklər də havanın yayda necə
olacağını bilmirlər.
Amma hamımız ümüd edirik ki,
Yaya xas olanlar yaşanacaq sadəcə,
Və bir az sərin
Çox isti olmadan.
Deyim sənə hansı havaları xoşlamıram?
Külək, yağış, qar...
Yazı yaşat, bacarsan, amma, çox isti
olmadan...

Yollarımızın, dəyərlərimizin, ikimizin ayrı düşməsini maneə əngəlləyə bilmərəm
ReplyDeleteAmma sənin üçün dua edə bilər, səninlə danışa bilər və səni gözləyə bilərəm...
Ürəyinin qırılmasını və əzab çəkməyinin qarşısını ala bilmərəm
Amma parçaları yığmaq, qırıqları yerinə qoymaq üçün kömək edə bilər və səninlə birlikdə ağlaya bilərəm...
Sənə kim olduğumu söyləyə bilmərəm
Amma səni sevə bilər və dostun ola bilərəm...
UB
İnsan gələcəyi görə bilir görəsən??
ReplyDeleteYazının tarixiylə bugünükü günün hissləri necə üst-üstə düşə bilər ki? Maraglıdı.... 6-cı hiss hiss etdirib, yazdırıb bu şeiri, ya??
Bilmirəm... "O günün" şeiri, "O günün" gorxuları Bugünü belə ifadə edə bilib... Möcüzədi vAllah...