Mar 16, 2012

1 kilo səmimiyyət (2)

Uzun-uzun düşündüm. Doğurdan da qəliz məsələ imiş bu səmimiyyət işi. Hər nə qədər qarşımızdakını səmimi ol, beyninə gələn ilk cavab variantını seç kimi sıxma-boğmaya salsaq da heç bir nəticə əldə etməməyin mümkünlüyü çox böyükdür. Çünki, həmsöhbətimiz özünü inandırdığı obrazdan çıxıb ilk növbədə özünə, daha sonra bizə gəlməlidir. Bu isə qət edilməsi çətin olan uzun məsafədir. Bəlkə əslində fərqli-fərqli rollara girmək daha asandır nəinki əsl özün ola bilmək. Beynimizdə "hər şey kənardan necə görünəcək" kimi yazılmış bir proqram var. Görəsən dünya necə olardı hamımız ilk ağlımıza gələnləri söyləsəydik. Məsələn, məndən nə isə soruşanda çox vaxt ilk ağlıma gələn cavabı düşünərək gülürəm, daha sonra mənim variantıma ən yaxın amma daha normal qəbul olunacaq variantı seçirəm. Sanki, bir-birimizi çox yormaq istəmirik,  qarşımızdakının beynində artıq əyləşmiş hazır cavablardan birini verərək işini yüngülləşdiririk. Bilmirəm, bəlkə analarımızın tərbiyəsinin nəticəsidir. "Bax, filankəsin uşağı necə ağıllıdır", "bu cür olsan, sən də nə bilim, ağıllı olarsan, gözəl görünərsən", "sənin ondan nəyin əksikdir ki?!" kimi müqayisələr 50 yaşlarında da əl çəkmir bizdən.  Demək olar ki, bizi özümüz olmağın pis bir şey olduğuna inandırıblar. Nə olursan ol, özün olma. Özümüz-özümüzə bəs etmirik heç vaxt. Daima kiməsə bənzəmək kimi, kiminsə yaxşılarını götürmək kimi bir təlaş var içimizdə. Məsələn, "sənin ondan nəyin əksikdir ki?!", heç nəyin. Ümumiyyətlə, heç nəyin əksik deyil, heç nəyin artıq deyil. Səndəkilər sənindir, ondakılar onundur. Ondakılar daha yaxşı görünür deyə onun kimi olmağa ömrünü həsr etməli deyilsən ki. Bəli, onda daha yaxşı keyfiyyətlər ola bilər və bunlar onu daha qiymətli edə bilər. Səndə daha az yaxşı keyfiyyətlər ola bilər və sən daha az sevimli ola bilərsən. Bu da ki tamamilə normaldır. Necə ki kinoya baxırıq və heç də hər zaman baş rolu ifa edənlər ən sevimlimizə çevrilmirlər. Bəzən bir sıra ikinci dərəcəli aktyorlar bizə daha yaxın olur. Səmimiyyət işi də bir az belədir. Sənə aid olmayan yüksək dərəcəli keyfiyyətlərlə ömrünün yarısından da çox hissəsini sevilib, hörmət sahibi ola bilərsən. Ancaq heyif deyilmi ömrünün bu qədər dəyərli hissəsini başqa birinə vermək? Bəs özünü nə vaxt yaşayacaqsan?

22 comments:

  1. Bu cumleleri oxuduqda "Öz donumda" yazina bildirdiyim fikirleri eynen .. "1 kilo səmimiyyət(2)"yede bildirmek isterdim ve "1 kilo səmimiyyət"de bildirdiyim fikirde ise sizin"1 kilo səmimiyyət(2)"de yazdiqlarinizi demek istemishdim eslinde "semimi insan yoxdur" deye ifadesi ile(biraz qarishiq oldu deyesen):)

    ReplyDelete
  2. Narahat olmayın, qarışıqlıqları açmağa tənbəllik etmirəm, əsas içi boş olmasın:)

    ReplyDelete
  3. "Bəlkədə altında nəsə var" şübhəsindən qurtulub, bu elə budur deyib yaşasaq həyatımız daha anlamlı olar. Yoxsa, əslininin görünənindən fərqli olub olmadığının ehtimal faizi belə məlum olmayan vəziyyətlərdən çıxmağa çalışmaq sadəcə ömrünü boş yerə keçirməyinə səbəb olar.

    ReplyDelete
  4. Tamamilə razıyam. Amma iş bununla da bitmir. Əmin olun ki, siz "Bəlkə də altında nəsə var" şübhəsindən qurtulmuş olsanız da, əgər qarşı tərəf hələ də bu şübhədədirsə, nəticədə yenə heçnə alınmayacaq və gec-tez hər şeyin bir boş olduğu üzə çıxacaq.

    ReplyDelete
    Replies
    1. Giragdan nece goruner ne deyerler nece baxarlar programini valedeynlerden asilidi.Ushagligi chetin kechmish,Valideynlerin sehvleri ve sayen olan problemler hamisi tesir edir.Insanda iller keshdikce kompleks yaradir.Kompleksiz olan insan cemiyyet ichersinde hardasa semimi olur.Gishgirib atdansada kompleksiz insana ferg elemir ona nece baxarlar kuchede.Insanin heyatinda bash verilesi hadiseler onun semimiyetine duzgunluyune kompleksleshmesine chox tesir edir.Burda kimse razilashmiya bilerki yox,insan insan adamdisa hech bir tesiri ola bilmez.Amma ele deyil.Cunki insan belkede yaxshi insan gelbi temiz ola biler amma heyatinda gorduyu chetinlikler hadiseler esasda ushag ve genc vaxtlarinda ailesinde gorduyu chetinlikler onda oz shexsiyetinde kimliyinde garishiglig yarada biler.Bezen emelleri duz olmur amma ichinde basha dushur bunu hardasa mubahise gedir ozu ozuynen psixoloji.Axi men bele deyilem.Axi men bunu etmemeliydim.Bunu nece edim kimi suallar.Amma eger insanin gelbi duzdurse esasda allahnandirsa yash otdukce ozu ozunu tapajag.Ele olurki Shexsiyetin gec mueyenleshir insanin oz ichinde.Bilmirem ne geder fikrimi chatdira bildim.

      Delete
  5. Düşünürəm ki, nəyə isə əsaslanaraq bunları deyirsiniz. Amma məncə səmimi olmanın çətin və ya rahat uşaqlıqla heç bir əlaqəsi yoxdur. Həmçinin, kompleksli olmaqla da əlaqələndirə bilmirəm. Səmimi olmamaq mənimçün şəxsən ilk növbədə qarşındakı insanı aldatmaqdır. Çünki, həmin insan sənin girdiyin obrazlara görə səni bəyənməyə başlayacaq və sən necə qəlbi gözəl insan olursansa ol nəticədə bir insanı olmayan bir şeyə inandırmış və sonunda da qırmış olacaqsan. Nə cür çətin keçmişin olur-olsun bu sənə kimisə xəyal qırıqlığına uğratmaq haqqı verməz. Mən şəxsən bunu insanlara edə biləcəyim ən böyük pisliklərdən hesab edirəm.

    ReplyDelete
  6. Kamalya her zaman semimi olduqunuza eminsiz?Qeyri semimi olduqunuz zamanlar olmayib hech zaman?

    ReplyDelete
  7. Elbette olub,olur,olacaq da) Amma en azindan bu semimiliyime ehtiyaci olanlara qarshi olmayib, olmur ve (umud edirem ki) olmayacaq dushunurem.

    ReplyDelete
  8. semimilik yalan danishmamaqdir? yoxsa duwunduyumuzu demek?ozumuz kimi olmaq? onda biz eslinde neceyik?yeni ozumuzu taniyiriq? herden,semimi olmagimizi isteyirik,mence ele ondada maska geyirik,cunki bunu duwunerek,bile-bile edirik..oldugumuz kimi gorune bilirik yoxsa gorunduyumuz kimi ola bilirik? he4 biri,,mence biz xirda hisseciklerden yigilan boyuk bir resm eseriyik,her birimiz..ve semimi olmaq u4un ilk once ozunu tanimalisan,ozunden cekinmemelisen ve dogrulardan qorxmamalisan,,bu ise cox cetindir..ve guclu insanlara xas olan xususiyyetlerdendir..niKa ;)

    ReplyDelete
  9. Nika, semimi olmamaq ilk novbede ozunden bashlayir. Ozunu oldugun kimi qebul etmek ve sevmek chetin gelir, evvel ozunu olmadigin sheylere inandirmaga chalishirsan, daha sonra kechirsen qarshindakina. Oz gozunde ucalacaqsan deye qarshi terefin regbetini qazandiracaq her sheye donushursen ve ozun de ozunu bu arada itirirsen. Oldugunla, olmali olduqlarini qarishdirirsan. Neticede insanlari eslinde movcud olmayan bir insanin olduguna inandirirsan. Ne geri qayida bilirsen, ne de ireli gede bilirsen...

    ReplyDelete
  10. Semimi olub olmamagin dediklerimle alagesi yoxdu.Men cox ince meseleye toxundum senin goydugun movzunun tam inceliyine bir az raziyam cetindi basha dushmek amma tam fikrimi bilsen aydin olar.Calisharam fikrimi catdirim.
    Dediyim sheyler ushaglig dovru negativ tesirler ve sayen bunlar insanda ozu ozunde cashginlig yaradir hansisa dovrde insanin shexsiyeti formalashir bu texmini 25 yashindan maksimum 30 yashindan sonra ola biler.O dovre kimi insan chox sehvler ede biler heyatinda ozude bilmeden.Shexsen menim garshima ele insanlar cixibki chox zerel edib mene amma eminemki bunu bilmeden edib.Eslinde semimi olub.Amma o semimilik onun oz aleminde olub.semimiliyi bele basha dushub ki bele olur bele lazimdi.Sehv semimilik kimi kelmesi ola biler ele deyilmi?.Shexsiyetin tam formalashmamagi olur insanda.Niyyet semimi olur amma onun istifade terin bilmir bezen insan.Esas insan yaxshi insan olmaga can atirsa bu heyatda mutleg butun serhedleri ashib ozunu taniyacag tapacag ozunede garshisindakinada hormetle duzgun semimilikle yanashacag SEHV yox DUZGUN semimilik.Yalanci gelbi pas insan ise hemishe secilir sexsen men heyat tecrubeme gore sece bilirem seni bilmirem.Inshallah sende heyatda hemishe secersen aldanmarsan.Sece bilirsense mashallah.Bir subyektiv fikrim var sehv semimiliyi ginamiram cunki bucur insanlar duzelendi.Yalan semimilik ise meshede tenha caggala benzer omrunu meshede ulamagiynan guclu yirtici canavara benzeder.Amma caggal ele caggaldi..

    ReplyDelete
  11. Siz artıq özünüz üçün səmimi olmanın nə demək olduğunu anlamısınızsa sevindirici haldır. Amma bunu hər kəs daha diqqətli davranaraq qarşısındakına zərər yetirmədən etməlidir.

    ReplyDelete
  12. Eslinde eledi raziyam.Zerel yetirsede bilmeden bunu duzeltmeyide bacarmalidi.Gunah elemek hemishe rahatdi onu yumag kiminse konlunu almag chox chetindi.Sehvler hamida olur esas insan onlari anliyib duzeltmeyi bacarmalidi

    ReplyDelete
  13. Düzdür, qırılan qəlbləri düzəltmək çətin məsələdir. Biz kiminsə qəlbini qırırıq, kimsə də bizim. Amma həyat bunlarsız da olmur. Yenə də əsas odur ki, heç olmasa qəlbini qırdıqlarımızın fərqində olaq.

    ReplyDelete
  14. Kama,raziyam..amma belkede sende o duwunulmush insanin bir hissesine cevrilirsen,,birde semimi olmaq hele yaxwi olmaq deyil,bu hemiwe xow hallara getirib cixartmir,,hem mence bu abstrakt bir weydir,here bir cur anlayir..
    O ki qaldi ushaqqliq travmalarina falan,mence her bir insan butovlukde ne yaxwi ,ne de pis olmur,,ve her hadiseden o zamanki ruhi veziyyetine gore hereket edir,,pise baxib 2 cur netice cixartmaq olar,bunu insan ozu secir hec neden asili olmayaraq,,niKa :)

    ReplyDelete
  15. dediklerin haqqinda fikirlewdim,,bax ushaqliqdan meni olddugumdan daha yaxwi (her barede)hesab edirdi etrafim,,getdikce onlarin gozunden duwme qorxusu meni burudu ve bu elbetdeki mesuliyyet idi,,yeni men onlarin menim ucun nezerde tutulmush ayaqqabilarda yerimeyi oyrendim..amma indi duwunurem bu men deyilem?bir bawqa terefden ise bu artiq men oldum ve indi bu "obrazin" semimi oldugu qenaetine geeldim,,sehv ve ya duz,yaxwi ve ya pis,duwunulmuw ve ya duwunulmemiw halda bu sensen,,ve sen dogrusan,, niKa :)

    ReplyDelete
  16. Nika, bir var ki, insan dəyişilməyə, daha yaxşı olmağa çalışır bu artıq başqa məsələdir. Yəni sən şüurlu şəkildə özündə yaxşı keyfiyyətlər formalaşdırmağa çalışırsan. Burda pis heçnə yoxdur. Bir də var ki, məsələn sən öz sahib olduğun keyfiyyətlərlə qarşındakı insanın rəğbətini qazanmayacağını anlayırsan və özünü onun xoşuna gələ biləcəyin şəkildə göstərirsən (əslində isə belə deyilsən).

    ReplyDelete
  17. ruslar deyir "podstraivatsa",,bu uzunmuddetli olmur mence,axir evvel ich uzun ortaya 4ixir.."licemeriye".. niKa ;)

    ReplyDelete
  18. Хватит писать эти лживые тексты,
    твоим рукам не достать уже моих небес.
    Я наотрез начну с чистого листа,
    переступив себя, нет пути назад.
    Где ты была, когда я сходил с ума?
    Когда весь мир рухнул и сгорел дотла!
    Когда солнце перестало мне светить!
    Когда порвалась нить, не хотелось жить.
    Звонил, говорил: "Я больше не могу."
    Вернись ко мне, прошу, я тебя люблю.
    Среди миллионов лиц лишь твое ищу
    и на пустых страницах о тебе пишу.
    Я буду сильным -я все переживу.
    Ты не увидишь моих слез -я не покажу.
    И все, что было, останется лишь между нами,
    нашим секретом и нашей тайной.

    История нашей любви глубокий оставила след,
    расходятся наши пути, нас больше нет.
    Печаль одиноких сердец, все еще ищем ответ.
    У каждой любви есть конец, нас больше нет.
    Лучше бы и вовсе нам не знать друг друга.
    Лучше бы и не было бы дня,Когда в моей груди
    участились сердца стуки, в глазах зажглась любви искра.
    Сколько можем мы с тобой ходить по кругу,
    лежать в углу и плакать в тишине?
    Как ни крути, тебя я никогда не забуду и тех моментов с тобою наедине.
    Я больше не признаюсь, что так скучаю. Больше не скажу, что так люблю.
    На лице улыбка, а сам по краю без смысла, просто по течению плыву.
    Я буду сильным -я все переживу. Ты не увидишь моих слез -я не покажу.
    И все, что было, останется лишь между нами, нашим секретом и нашей тайной.

    История нашей любви глубокий оставила след,
    расходятся наши пути, нас больше нет.
    Печаль одиноких сердец, все еще ищем ответ.
    У каждой любви есть конец, нас больше нет..

    ReplyDelete
  19. Sheir kime aid? Ne ise...
    Mense Seni hele de delicesine Sevirem, kecen her gun bir az daha artiq...

    ReplyDelete
  20. Sheir blogun yiyesine aiddi

    ReplyDelete
  21. Ты за все меня прости,И для меня лишь два пути -От тебя или к тебе.
    Еще вчера, не верящий в любовь,Искать твои следыНа песке готов.
    Прости, что дождьСмыл сегодня мечты,Где я и ты...
    И больше мы не вдвоем,А ливень стеной...Расстались с тобой,
    Дождем разрушен наш дом.Остались одни в ночи,А в сердце звучит:
    "Мы расстались с тобой..."Дождь сотрет следы твои,Печаль...
    Потерян для любвиЯ между небом и землей.Моя душа горит огнем в груди
    И ливню вопрекиМы любовь вернем.Ты слышишь..?Дождь смыл сегодня мечты,Где я и ты...

    ReplyDelete