Mənasının mənasızlıq olduğuna əminliyimin artdığı növbəti bayram gəldi yenə. Budur parfümeriya dükanları dolub ağzınacan. Əllərini ciblərinə tez-tez salıb-çıxaran kişilərin əksəriyyətinin üzündə gərginlik olsa da, onları çox düşünməyə məcbur buraxmayan ətir kimi rahat və keyfiyyətli hədiyyə növlərinin olması sevindirir. Onları da qınamaq olmur, həmən bu kişilər öz xanımlarına “içimdən bugün sənə hədiyyə bağışlamaq keçmir” desələr, sizcə neçə qadın bunu anlayışla qarşılayar ki?! Deyəsən, hədiyyə sözü görüntü olaraq dolub, içəridən boşalaraq özünün iflasını yaşayır. Qadınlara da ürəyim ağramayır deyil, ildə bir dəfə qəlbdən yuxarı olan hədiyyələrə ehtiyac duymaq nə deməkdir? Bunun da öz səbəbləri olmalıdır yəgin. Kişilər gününü xatırlayan və ya buna önəm verən neçə nəfərik ki? Çoxumuz bugünun mövcudluğundan heç xəbərdar da deyilik. Ən çox hədiyyə alan qadınlar, ən çox narazı olan qadınlar... Anlamıram, xoşbəxt etmək gücünə qadir ola bilməyən hədiyyələr nə üçün bu qədər çox gözlənilir. Bügun mütləq hədiyyə ilə gəlməlisən işarələri, maddiyat önəmli deyil deyəcəm, amma sən fikir vermə, üzünü çevirən kimi markasına baxacam, 8 martı necə qarşılayarsan, ilin 364 gününü də elə keçirərsən kimi kinayəli ötürmələr və s. Onları da başa düşmək olar, axı növbəti gün öz rəfiqələrinə hədiyyələrindən uzun-uzun hekayələr qurmalıdırlar. Görək kimin sevgisi daha böyükdür. Buna hədiyyələrə gələn şərhlər qərar verəcək. 8 martsız da heç sevgi olar?! Nə üçün fevralın 8-i yox, aprelin 8-i yox?! Sanki, hədiyyə üçün hökman mart gəlməlidir. Sən öz sevdiyin insana hədiyyəni hamı öz sevdiyinə etdiyi zaman etməlisən axı. Və aşağı-yuxarı bu hədiyyələr eyni növdə olmalıdır. Əks halda beynini işə salmaqla yanaşı, üstəlik qeyri-normal da görünərsən. Bu isə cəsarətlərini maddi dəyəri ölçülməyən cılız hədiyyələrlə üzə çıxaran və eyiblərini bu hədiyyələrin altında örtən bəylərə sərf etməyəcək. Həm hədiyyə kimi dəyərli ölçü vahidini itirmək xanımların da işini çətinləşdirəcək. Hər şeyi dünyanın etdiyi kimi etmək kompleksi. Əminəm ki, bir az fərdi olmaq bizi daha çox xoşbəxt edə bilər.

Həmişəki kimi fərqlisiniz...
ReplyDelete8 Martınız mübarək, mübarək, mübarək + 295 dəfə mübarək ola.
Təşəkkürlər!!
ReplyDeleteHər şeyi dünyanın etdiyi kimi etmək kompleksi-Men dushunuremki 8 mart ve bashqa Bayram gunleri ne bir kompleksdir nede bir tekrarciliq..Sadece Adet halini almish bir tarixdir.
ReplyDeleteQadınlara da ürəyim ağramayır deyil, ildə bir dəfə qəlbdən yuxarı olan hədiyyələrə ehtiyac duymaq nə deməkdir?-Raziyam...Biz qadinlar deye qeyd etmeliydin.tebii ki,bu menim fikrimdi
Çoxumuz bugünun mövcudluğundan heç xəbərdar da deyilik-Raziyam
8 martsız da heç sevgi olar?! Nə üçün fevralın 8-i yox, aprelin 8-i yox?! Sanki, hədiyyə üçün hökman mart gəlməlidir-Alqishlayiram.
Fikirləriniz üçün təşəkkürlər. Mən də elə onu nəzərdə tuturdum ki, bir adət xətrinə bağışlanmış, qeyri-səmimi hədiyyələrdən nə dərəcədə həzz almaq olar?!
ReplyDeleteBes sizin sevdiyiniz insan size bu gunde hediyye etmeze nece baxarsiz buna?Siz sevirsiz?ve ya sevmisiz?
ReplyDeleteHədiyyə qəbul etmək üçün ayın neçənci gününün olmasının heç bir önəmi yoxdur. Bu gün (digər günlər kimi) ola da bilər, olmaya da bilər. Əsas əməllərin hansı niyyətlərə görə olmasıdır.
ReplyDeleteRaziyam hediyye etmek uchun ayin hansi tarixi lmasinin ne gereyi varki amma insan yenede bele gunlerde hediyye gozleyir qeyri ixtiyari
ReplyDeleteAmma bu tebrikin sadece bir vezife borcundan ve s. ireli geldiyini dushunende insan gozlemir, eksine, olmamasina hetta sevine biler.
ReplyDeleteqeyri semimi verilen hediyyeye insan tebii ki istemez ve arzulamaz,amma yenede sozum uste durub deyirem semimilikden uzaq verilen hediyyeler insani ne qeder incidirse ezbere cevrilmish tarixlerde unudulmaqda bir o qederde insani incidir.mende istemerem qeyri semimi hediiye almaqi ve qequblda etmerem bunu hiss etdiyim anda
ReplyDeleteƏla....
ReplyDeleteGünün konkret təgvimdə gırmızı ilə geyd olunub, bizimdə məhz həmin gün hədiyyə almağımızın nə önəmi var? Nə fərgliliyi var?? Hədiyyə alanlar hədiyyə almayanlara acıg verməyindən başga və ya mənim sevdiyim (dostum, gardaşım, iş yoldaşım) daha bahalı hədiyyə alıb-la öyünməkdən bagşa?! Əsas mənim təgvimimdə standart olan günü geyri standart çevirməyi bacarmagdır ki... məncə bunu bacaran insan yoxdur.. Olsada həmişə layiglilər layigsizlərin və dəyər bilməyənlərin garşısına çıxır...
ReplyDeleteGələk yazıya...
Yazıya və ümumən Sənin yazılarına münasibətim birmənalıdı... Daim YAZ Kəmalə, bu Səndə ƏLA alınır... Amma yazılarını təkcə blogda və ya sosial şəbəkələrdə paylaşmagla yetinmə, ictimaiyyətə çıxar, təngidlərdən gorxma... Daha da İ-RƏ-Lİ-LƏ.....
UĞURLAR!
Çox sagol, Aygün dəstəyə görə!!
Delete"Əsas mənim təgvimimdə standart olan günü geyri standart çevirməyi bacarmagdır". Bir cümlə ilə çox şeyi ifadə etdin)