Oct 28, 2011

Qayıqlarımı batırdım

Qayıqlarımı batırdım.
Yenisini də düzəltmək istəmirəm.
Ona görə yox ki, bacarmaram, əmin deyiləm  ki, dəyər zəhmətimə.
Çünki, inanmıram ki, dənizin o biri sahili fərqli olacaq.
Bu dəfə sadəcə sahilin kənarında əyləşib başqalarının qayıqlarını izləyəcəyəm.
Bəziləri əlbəttə ki, dəfələrlə aşacaqlar,
bəziləri bütün dalğaları aşacaqlar,
bəziləri də sadəcə batmadıqlarını göstərmək üçün olduqları yerdə tərpənmədən duracaqlar.
Və heç zaman nə aşmanın,
nə dalğalarla üzləşmənin
və nə də dənizin digər sahillərinin olduğunu biləcəklər.
Yorğun deyiləm, gücüm də var, sadəcə onu işlətmək istəmirəm.
Kövrəlirəm, əslində göz yaşlarım da qalıb ehtiyatda, sadəcə, ağlamağa həvəsim yoxdur.
Məğlub deyiləm, qalib də, orta bir yerdəyəm.
Nə kiməsə məsləhət verəcək qədər ağıllıyam, nə də kimsə mənə məsləhət verəcək qədər ağıllıdır.
Nə yazmaq, nə danışmaq, hər mənada susmaq istəyirəm.
Heç kim də danışmasın.
Sakitliyin səsini dinləyək...
Gələcəyə dair planlar da qurmayacağam.
Çünki, nə həyata keçənlər məni xoşbəxt etdi, nə də keçməyənlər bədbəxt.
Xilaskara ehtiyacım yoxdur, yalançı qəhrəmanlıqları özlərinə qalsın.
Yoxsa yenə düzüləcəklər sıraya riyakar simalarıyla.
Bir az da həyatın mənə dair qurduğu planları izləmək istəyirəm.
Artıq dalğaların vuruşuna dayanacaq qədər güclüyəm, amma kövrək ləpələri addımlarımla incitməyə qıymayacaq qədər zəifəm hələ də...

1 comment:

  1. Menimde qayiqlrim batdi.Bezen men qayiqlarim batirdim bezen batirdilar.
    Mende sahili izledim bezen menim sahilim izlendi.Izlemek ve izlenmek???Hansi daha dinclik verir insanin ruhuna onu bilmirem.
    Umud dolu batan qayiqlarimi keder,qorxu dolu gozlerle izlediyimi xatirlayiram.Kim bilir Belkede
    o qayiqlarim batmasaydi men o qayiqlarla batacaqdim..
    Qayiqlar niye batir?Bilen var mi?Dediyin yalanci qehramanlara bu suali versek bu bir cumlelik lakin cavabi derin olan suala cavab
    tapa belerlermi?Menim Tanidiqim Qehramanlar cavab tapa bilerler..Chox maraqlidir yashadiqim kederi sevinci kim menden yaxshi hiss ede bilerki duzgun cavabi o
    tapa bilsin.Etrafim doludur sevincime min bir don geydirib chirkinleshdirmek isteyenlerle.Etrafim doludur kederimi gorub qarshima kecib saxta durushla
    kederimi hec edib "Peshman olacaqsan"demek isteyenerle sanki peshman olmaqim ucun ellerinden geleni eden bunlar deyilmish kimi.Anlamirlarki kederde menimdir sevincde menimdir.Refiqeme qaygi gosetmeye qorxuram,kederini bolushmeye qorxuram,
    gozyashlarini silmeye qorxuram...Buna cox ehtiyaci var.Tessufki yalanci qehramanlarin odunda yanmaqdan qorxuram.
    (U.B)

    ReplyDelete