Oct 10, 2011

3:0 geridə


          "Heç vaxt", "ola bilməz", "mümkün deyil" kimi ifadələri lüğətimdən silirəm. Bugündən geriyə baxanda yaşanılan illər gözümün qabağında üç perioda bölünür. İlk period, 19 yaşadək: "Həyat necə də gözəldir. Heç cür anlamıram, əgər insan  hər səhər oyanarkən bu parlaq günəşi görə bilirsə axı necə xoşbəxt olmaya bilər. Böyüklərin daima həyatı, dünyanı yalanlamaları, danlamaları, "həyatda tam xoşbəxtlik mümkün deyil" kimi mənfi fikirləri özlərini yormur görəsən?! Ən solğun rənglər belə çəhrayı eynəklərdən necə də rəngarəng görsənir..." İkinci period, 19-25 arası: "İlk uğursuzluqdan sonra. "Hələ hər şey qabaqdadır, mən xoşbəxt olmağı bacaracağam" sevdası ilə addımlayarkən nəzərimizdə, yalnız qabağımıza çıxan yanlışları saxlayıb, digərlərini unuduruq. Nə olur-olsun səhvlər təkrarlanmasın deyə bu səfər də yenilərinin badına gedirik". Üçüncü period, 25+: "Sadəcə əmin-amanlıq istəyirəm. Üst-üstə gələn kədərlər üçün ağlamağa həvəsim qalmayıb. Narahat olmaq da içimdən gəlmir. Çünki, bilirəm ki hər çətinliyin sonu bir yüngüllükdür. Necə deyərlər, nə ki bizi öldürmür, daha da güclü edir". Və budur, başlayır öz yerində addımlayanların ucsuz-bucaqsız məsləhətləri. "Camaat nə deyər?!" başlığı altında mühazirələr... Evi süpürüb zibili xalçanın altına yığan kimi, öz cahilliyini qarşısındakının zəifliyi altında gizlədərək özünü güclü göstərən "yalançı qəhrəmanlar"... Halbuki, bizim doğrularımızı səhv sayıb, bizi öz doğrularının ardınca getməyə inandırmaq istəyənlər, vaxt gəlir bizi inandırmağa çalışdıqlarına özləri heç də inanmırlar. Başqasının həyatını izləyərək yaşayanlar bir gün yarı yolda qaldıqları zaman özlərinə aid heç bir şeyləri olmadan, hər şeyi sıfırdan başlamağa məcbur olurlar. Öz addımları ilə gedənlər isə bir gün yarı yolda qaldıqları zaman heç olmasa, onları yarı yolda qoyanın nə olduğunu bilirlər. Hətta, pis olsa belə öz mövqeyini bəlli edən insan mövqeyini bildirməyən insandan daha üstündür. Yəgin ki, onlara bir təşəkkür borcumuz var. Yalançı mövqelərin arxasına sığınmaqla  müqayisədə pis mövqeyi bildirməyin özü də böyük cəsarətdir.

1 comment:

  1. Тем, кто счастлив, некогда писать дневники, они слишком заняты жизнью.Чтобы обзавестись новым счастьем, приходится избавляться от старого.Его можно найти даже в темные времена, если не забывать обращаться к свету.

    ReplyDelete