İlk iş yerimdə kollektivdə ən kiçik mən idim. Hətta mənə nisbətən daha böyük işçiylə belə aramızda 5-6 il yaş fərqi var idi. Buna elə öyrəşmişdim ki, sonralar məndən yaşca kiçik işçilər olanda uzun müddət bu həqiqəti qəbul edə bilmirdim. Bilirəm, çox gülməli səslənir hər dəfə ofisin qapısını açmazdan öncə çoxlu dua etməyim. İngilis müdirimin sözlərini beynimdə tərcümə edənədək başa düşürmüşəm kimi gülümsəyərək başımı tərpədərdim. Yox, məqsədim aldatmaq deyildi. Sadəcə olaraq öz zəifliyimi bildirmək istəmirdim, bir tərəfdən də, gözlərimdə özümə inamsızlığı büruzə verirdim. Dünyanı necə dar görməyimdən irəli gəlirdi ki, adi bir iş hadisəsini də böyük həyəcanla danışardım. Daha sonra boş yerə həyəcanlanmaqla necə kiçildiyimi anlayaraq özüm özümə gülərdim. Amma bunlarla yanaşı qəribə səslənsə də insanın təcrübəsizliyinin xüsusi bir avantajı da var idi. Balaca olmanın arxasına sığınırdım "Səhv etmişəm? Nə olsun, mən axı balacayam. Bacarmadım? Axı ilk dəfədi, öyrənərəm də." kimi özümə təsəlli ilə haqq qazandırırdım. Və çox haqsız da sayılmazdım. Məndən yaşca, təcrübəcə böyük qadınların ayağımın altını qazmaq səylərini nə qədər çalışsam da anlaya bilmirdim. Axı kosmetikaları üzlərindən heç vaxt əksik olmayan, hündürdabanlı ayaqqabılarda dimdik yeriyən bu gözəl qadınların nə əksikliyi var idi məndən. Yanlarında özümü hündürdabanda aşa-aşa yeriyən xam məktəbli qızlar kimi hiss edirdim. Bəlkə də təcrübə gətirməklə yanaşı illərin aldığı sadəlövhlük idi axtardıqları. Bir zamanlar itirməyə çalışdıqlarımız, bir zamanlar ən çox qazanmağa çalışdıqlarımıza çevrilirlər. Bəs birdən zamanla mən də onu itirsəm? Onlardan biri olmaq qorxusuyla o mühitdən qaçaraq sadə məktəb müəlliməsi işləmək, tezliklə ailə qurub çoxlu uşaq anası olmaq istəyirdim. Onlar kimi özgüvənə sahib olub, toxunulmazlıq təəssüratı yaratmaqdan, həddən artıq iddialı olmaqdan çəkinirdim. Ambisiyalarımın məni sadə insanlardan uzaqlaşdırmasını istəmirdim. Hər şeyi məntiqlə ölçən, sevgiyə inanmayan, bir az feministləşən, möcüzələrə inamını itirən biri olmaqdan, duyğusuzlaşmaqdan qorxurdum. Amma zamanla onlara müəyyən dərəcədə haqq verdim. Bilmirəm, onları başa düşə bilməyim pis bir əlamətdir? Sadəcə anladım ki, heç vaxt konkret nümunələrə baxmaq lazım deyil, çünki, hər kəs fərdidir. Təcrübənin, illərin boynumuza qoyduğu hər bir şeyi qəbul etməyə məcbur deyilik. İlklər tükənməyib ki, özümüz də bir ilk ola bilərik. Axtardığımız nümunə çox uzaqlarda olmaya da bilər.

Yazinizi oxuyanda qeribe olan o qeder fikirler meni culgaladi ki, hansi cumlenizi esas tutub "comment" yazacagima qerar veremedim, ust-uste 5 defe oxusam da (bu arada bilgisayari dizlerimin ustunde terpenmez tutdugumdan ayaqlarim buza cevrilib, yeqin cumlelerin agirligindan).
ReplyDeleteSevdiyim bir sozu xatirlatdiniz, "Insani sonsuz boyutsen bir kainat, Kainati kichiltsen bir insan olurdu"(her menada). Amma insan ambissiya ve maraqlarinin boyumesile kainat olmaz ki ve dushunmurem ki gunahkar tecrubedir, ancaq maraqlari ardinca qacanlar bir sheyden tecrube qazanirsa da bunun adi insanligini itirme tecrubesi sayilmali. Beleleri olsa-olsa Sizin kimi fikirleshen (amma bezen yorulub oz saf fikirlerinden vaz kecib belelerine haqq vermeyen)birinin qarshisinda havayla toqqushub toza cevrilen meteorit misali.