Jul 22, 2012

Qoy stəkanlar qalsın stolun üstündə

Qoy stəkanlar qalsın stolun üstündə
Sən onları yuyana kimi film bitəcək.
Qoy sənə tənbəl desinlər 
Sən filmini izlə. 
Nəticədə bütün qablar yuyulur, paltarlar da ütülənir.
Amma keçmişi xatırlayanda heç kim deyəcəklərinin "ah, nə təmiz yumuşdum bir zamanlar o qabları"ndan ibarət olmasını istəmir. 
Xatırlananlar-səliqəsizcə altından xətt çəkdiyimiz sətirlər
Eyni dadlı əziyyətlərimiz olan personajlar olur.
Bir də, unutmadıqlarımızın, uzun-uzun düşüncələrdən
və ya ani qərarlardan asılı olmadığını gördük.
Bəlkə də, ani qərarlar bizi bu qədər çox qorxutmamalıdır.
Cədvələ salmadan, tərəzidə ölçmədən, faizini çıxartmadan da etdiyimiz bir şeylər olmalıdır.
Gündə on beş dəfə sildiyin pəncərələrdə bəsdir özünə baxdığın.

Bir az da güzgünün qarşısına keç.
Oxuduğun kitabların vərəqlərini həmin an hiss etdiklərinlə cızma-qara et. 
Həmin andan bir də olmayacağı üçün, həmin an ağlından keçənlər də təkrarlanmaya bilər. 
Ömür çox qısadır çox...
Sevdiyin işlərin yarısını sonraya saxlamayacağın qədər qısa...
Gülmək istədiyində gülməli olduğun qədər, ağlamağın gələndə özünü sıxmağa dəyməyəcək qədər qısa.
Biri ilə evlənmək ağlından keçəndə, evlilik təklifini qarşı tərəfdən gözləməyəcəyin qədər qısa.
"Yox" hər zaman cibimizdədir, "hə" üçün şansını yoxla.
Toz basmış, cehizlik qablarını çıxart işlət artıq.
 Onlarda səndən daha dəyərli biriləri yemək yəməyəcək. 
Bəlkə də, düşünmək üçün, yazmaq üçün, özü də düşündüklərini abra-həyaya salaraq ağ sətirlərə düzmək üçün belə çox qısadır ömür.
Mənim də bilmədiyim qədər, hətta, düşünəməyəcəyim qədər qısadır ömür. 

P.S. Bu yazını sona çatdıra bilmişəm?

1 comment:

  1. Yazını da fikrini də məncə tamamlamısan, HƏ Kəmalə, məncədə goy stəkanlar galsın stolun üstündə.... "Rəhmətlik" yaman təmizkar idi deyilməyindən guya "rəhmətliyə" nə xeyri olacag ki, yaşanmışlar yaşanası vaxtda "rəhmətlik" əgər təmiliklə məşğul idisə, təmizlikdən başga xoşbəxt olmağa, "yaşamağa" vaxtı yox idisə... Hə, STƏKANLAR GOY GALSIN... Sən xoşbəxt olmağa bax!

    ReplyDelete