Təcrübəsiz qızdan-mükəmməl qadına doğru

"Əgər digər rus yazıçılarının da Dostoyevskinin həyat yoldaşı kimi həyat yoldaşları olsaydı onlar daha çox xoşbəxt olardılar." - L.N. Tolstoy
***
(Fanat oyunçu olan Dostoyevski həyat yoldaşının köməyi ilə qumarı həmişəlik tərgidir.)
***
Bütün ömrüm boyu bir şey mənim üçün müəmmalı qaldı. Mənim sevimli ərim, bütün digər ərlər kimi məni sadəcə sevib-hörmət etmirdi. O mənə heyran idi, sanki mən sadəcə onun üçün yaranmış xüsusi bir varlıq idim. Və bu sadəcə evliliyimizin ilk günlərində deyil, bərabər keçirdiyimiz bütün illərdə belə oldu. Əslində isə mən nə gözəlliyim, nə istedadım, nə də xüsusi zəkamla fərqlənirdim, təhsilimsə orta (gimnaziya) təhsil idi. Və bütün bunlara baxmayaraq mən bu cür ağıllı və istedadlı bir insanın hörmət və heyranlığını qazanmışdım.
***

"Mənim sevimli mələyim, Anya: qarşında diz çökür, yalvarır, sənin ayaqlarını öpürəm. Sən mənim gələcəyimsən, hər şeyimsən - həm ümidim, həm inamım, həm xoşbəxtliyim, həm də səadətimsən." - F.M. Dostoyevski.
***
Və onlar 14 il bərabər xoşbəxt ömür sürürlər. Onları yalnız ölüm ayıra bilir. Ölüm anında o Annanın əlini tutaraq sonuncu dəfə onu sevdiyini pıçıldayır...
A.Q.Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания") kitabından parçalar.
Tərcümə: Kamala Imanova
A.Q.Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания") kitabından parçalar.
Tərcümə: Kamala Imanova
No comments:
Post a Comment