Qardaşına yazdığı məktublarda Dostoyevski deyirdi: "Bizim aramızdakı yaş fərqi dəhşətlidir (20-45), amma mən hər gün daha çox əmin oluram ki, o xoşbəxt olacaq. Onun qəlbi var və sevməyi bacarır o."
Sevimli yazıçı-gələcək həyat yoldaşı ilə tanışlıq
***
İlk baxışdan Dostoyevski mənə yaşlı görsənmişdi. Ancaq, danışmağa başlayanda onun 35-37 yaşlarda olduğunu düşünmüşdüm. Orta boylu və dik qamətli idi. Açıq-şabalıdı, biraz da qırmızımtıl olan saçları səliqəylə daranmışdı. Məni təəccübləndirənsə onun gözləri idi; onlar bir-birindən fərqlənirdilər: biri - qonur rəngdə idi, digərinin göz bəbəyi genişlənərək bütün gözünə yayılmışdı. Bu fərqlilik Dostoyevskinin baxışlarına sirli ifadə verirdi.
***
İlk tanışlığımız üzərimdə çox kədərli təəssürat buraxmışdı. Həyatımda ilk dəfə bu qədər ağıllı, xeyirxah, amma sanki hər kəs tərəfindən atılmış, bədbəxt bir insan görürdüm. Və bu qəlbimdə dərin hüzün və şəfqət hissi oyatmışdı.
***
Sevimli yazıçıma nəinki işlərində kömək etmək, həm də onun əhvalına müsbət təsir etdiyim üçün özümlə qürur duyurdum. Bunlar məni öz gözümdə ucaldırdı.
***
***
Fyodor Mixayloviçlə çalışdığım müddətdə demək olar ki, heç bir dəfə də onun üzünə gülməmişdim, mənim ciddiliyim onun xoşuna gəlmişdi. Sonralar etiraflarında özümü idarə edə bilmək bacarığıma heyran olduğunu söyləmişdi. Həmin dövrün gənc xanımlarından fərqlənməyim onu çox heyrətləndirmişdi.
***
***
Fərqində olmadan mən onu öz əhatəmdəki gənc oğlanlarla müqayisə edirdim. Sevimli yazıçımın hər zaman yenilənən və orijinal olan fikirləriylə müqayisədə onların söhbətləri mənə boş və cılız gəlirdi.
***
***
Fyodor Mixayloviç hər zaman qəmgin söhbətlər edərdi. Bir dəfə mən özümü saxlaya bilmədim və soruşdum:
- Fyodor Mixayloviç, axı nə üçün siz həmişə ancaq kədərli hadisələri yada salırsınız? Bəlkə, xoşbəxt olduğunuz anlardan danışasınız bir az.
- Xoşbəxt? Mən hələ xoşbəxt olmamışam, ən azından hər zaman arzuladığım xoşbəxtliyi hələ dadmamışam, onu gözləyirəm. Bu yaxınlarda dostuma, baron Vranqelə məktub yazmışdım ki, başıma gələn bəlalara baxmayaraq mən hələ də yeni və xoşbəxt həyat arzulayıram.
***
***
Yeni ideyaların təsiri altında sağollaşarkən, evdə darıxardım və Fyodor Mixayloviçlə sabahki görüşümüzü səbirsizliklə gözləyərdim. İş birliyimizin sona çatmaq üzrə olması məni çox kədərləndirərdi.
***- Sizcə özümə necə həyat yoldaşı seçməliyəm: ağıllı yoxsa yaxşı? - Fyodor Mixayloviç soruşdu.
- Əlbəttə, ağıllı.
- Xeyr, əgər seçməli olsam, mən yaxşını seçərəm ki, mənə mərhəmətlə yanaşsın və məni sevsin.
Sonra Fyodor Mixayloviç məndən soruşdu: bəs mən niyə ailə qurmuram? Mənə elçi düşən iki nəfər haqqında ona danışdım. Dedim ki, hər ikisi çox gözəl insanlardır və mən onlara çox hörmət edirəm, lakin onlara qarşı sevgim yoxdur, mənsə sevgi üzərində ailə qurmaq istəyərdim.
- Əlbəttə sevgi, - deyə dəstəklədi məni Fyodor Mixayloviç, - xoşbəxt ailə üçün təkcə hörmət kifayət deyil!
A. Q. Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания")
kitabından parçalar.
Tərcümə: Kamala Imanova
Tərcümə: Kamala Imanova

No comments:
Post a Comment