Biz çox vaxt sevgini ona bənzər başqa hisslərlə qarışdırırıq. Aşiq oluruq, həmin an keçirdiyimiz hisslərin dərhal sevgi olduğuna qərar veririk. Sadəcə biz insanlar sevməyi çox sevirik. Hətta, o dərəcədə ki, aşiq olduğumuz period keçsə belə hisslərimizə min bir don geyindirib sevgi adlandıraraq özümüzlə sürükləyirik. Qəlbimiz təki boş qalmasın. Amma sürükləməyi buraxdığımız zaman qəlbimiz onsuzda boş qalır. Olmayan bir şeyi yaratmaq olmur. On il səninlə qalsa da on birinci il hökman artıq olmur sənin yanında. Gərək daima mübarizə aparasan, daima çırpınasan, yoxdan var edəsən. Məgər budurmu sevgi? Bilmirəm. Deyirlər ki, sevib evlənmişdilər, amma ayrıldılar. Və yaxud da məntiqi bir evlilik idi amma zamanla sevdilər. Mən heç vaxt təəccüblənmirəm bunlara. İnsanlar arasında əsl sevgini yaradan onların şəxsiyyətidir, zahiri yox, daxili. Birlikdə olduğunuz müddətdə ayrı-ayrı qalınan zamanlardakı boşluqlara doldurulan obrazlar sizi azdırır. Vurulmaqlar keçdikdən sonra növbə gəlir şəxsiyyətə, xasiyyətlərə, əsl olanları axtarmağa və tapdıqların boşluqlara doldurduqlarınla üst-üstə düşmürsə, sevgi yaranmadan ölür. Və bir zamanlar büründüyün yalançı xəyallar səni yolun yarısında tənha qoyur.

Antik yunan filosofunun bir sozu vardi, men nedense Sevgi ve Boyuk Eshqi ferqlendirmek lazim gelende onu xatirlamaya bilmirem "Tanri insanlari Kishi ve Qadin adli yarimcinslere bolduyu gunden bu yarimcinsler butun heyatlari boyu oz kamil taylarini tapmaga mehkumdurlar". Bunun qeribesi ondadir ki Senin Sevdiyinle bir omur yashamadan Onun Sevgi veya Eshq oldugu barede fikrin ancaq mulahize olur.
ReplyDeleteHer eshq Bir Sevgi deyil,,,Sevgini bir chox insan yashaya biler(ve ya yashadiqi hissine sevgi adini deye qoya biler)Amma Eshq tam bashqa bir sheydir...Eshq..Eshq sonu husranla bittir..Bittiyi ucunde bu eshqdir
ReplyDelete