Nə yaxşı ki, sabahlar var. Bugünləri dünən eləyən sabahlar. Düşünəndə ki, sabah var daha çox güclənirəm, başa düşürəm ki, bu gün yalnız bu gündür, sabah olmayacaq, sabah hər şey başqa ola bilər. Bu gün yaşadığım çətinliklər isə bundan əvvəlki bugünlərdə yaşadıqlarım kimi dünən dediyimiz günlərdə qalan xatirədən başqa bir şey deyildir. Bugünlər də dünənlərə çevriləcək. Sabahı gözləmək çox çətindir, amma düşünəndəki hər sabah bir dünən olacaq, necə ki, hər dünən bir sabah idi və bugünə dünən deyə biləcəyimiz bir günün gələcəyinə inandığımız zaman hər şey daha rahat olur. Nəticədə bütün bunlar dünən olacaq.
Bugunumun dunenini xatirlamaq isteyirem Ureyimde rahatliq uzumde tebessum ile.(chox hallarda bu boyuk bir xeyal olur)
ReplyDelete