Doğurdan da deyəsən biz qızlar analarımızın taleyini yaşayırıq. Onlar kimi susuruq, onlar kimi bizim də göz yaşlarımızı ancaq özümüz görürük. "Bizi sevənlər"sə taleyimiz üzərindən eqoistcə davranaraq öz arzularını həyata keçirirlər. Mənasız arzuların, məntiqsiz niyyətlərin qurbanına çevrilirik... Çox acımasızca hisslərimizi tapdalayırlar. Halbuki, hissləri ölmüş insan cansız bir əşya kimidir. Axı sən əşyasan. Əşya ilə isə söhbət etmirlər, sadəcə öz ehtiyaclarına uyğun istifadə edirlər. Hara qoyursan orda da qalır, arada bir tozunu alırlar. Daha soruşan yoxdur, necəsən? Nə istəyirsən? Hə, onsuz da axı bizdə necəsən sualı çox vaxt əhval-ruhiyyəni bildirən sual kimi başa düşülmür. Bəzən salam verməmiş də necəsən? soruşa bilərlər (xala xətri qalmasın). Sən də "yaxşı" ya "pis" cavab verməmiş başqa suala keçirlər. Əgər maraqlı deyilsə mən necəyəm niyə bu sual verilir ki?!

(U.B)Yaxshiki necesen sualini sadece sual olsun deye verirler.Chox seviniremki dogurdanda nece oldugumu
ReplyDeletebilmekden otru bu sual yonelmir mene..Chunki her kes oz maraqina gore menim nece oldugumu bilmek
isteyir ,heyatimda neler olur neler olmur bu sual uzerinden oyrenmek isteyir,ve qapidan cixib getdiyim
ilk saniyyede meni ve oyrendiklerini muzakire etmeye ozune yoldash axtaracaqindan Eminem.