Sep 22, 2011

Ay və Günəş


Bu gün də bitdi,
Artıq gecədir.
Yenə bacara bilmədim,
Şəfəqlərim söndü.
Gözləyirəm səhər tez açılsın,
Gəlim.
Sabah da çalışacam gec batım.
Gecəyə kimi qala bilim.
Heç olmasa, bir an belə olsa qovuşaq,
İkimiz də eyni məkanda, eyni zamanda ola bilək.
Sən də bir az gec batmağa çalış, yaxşı?
Sən gec batmağa çalışdığın səhər
Mən də tez çıxmağa çalışacam.
Ya sən gərək səhərə gələsən,
Ya da mən gecəyə köçməliyəm.
Sən kövrək görünən Ay,
Mən həmişə şən olan Günəş.
Amma sanki, sən də daxilən şən
Mən də daxilən kövrəyəm bir az.

3 comments:

  1. Artıq uzun iller keçib aradan amma səni bir dəfədə olsun görməmışəm,səsini bir dəfədə olsun eşitməmişəm.Eyni küçədə yaşayırıq heç qarşılaşmamışıq da.Demək qismət deyilmiş.
    Sən mənim ilk sevgim olmusan.İllər keçim səni artıq sevməsəmdə unutmamışamda.Necə unuda bilərəm axı?!Hərdən yadıma düşürsən nömrəni yığıram,nömrənidə unutmamışam.Hələ silə bilməmişəm beynimdən.Uzun bir müddətdir zəng çatmırdı.Yəqin Vətəndə deyildin.Bu gün yenə yadıma düşdün. Bilmirəm hardan.İlıq bir təbəssüm çökdü dodaqlarıma,gözlərim dalıb getdi o illərə.Artıq sənin xatirələrin mənə əzab vermir.Xoş bir anı olaraq qalıblar...
    Düzdür səninlə demək olar heçnə yaşamamışıq.Hər şeyi mən və mənim qəlbim yaşayıb.Çünki səni mən, uzaqdan-uzağa sevmişdim.
    Hələ indiyə qədər bağışlaya bilmirəm özümə niyə özümə inanmırdım.Əgər özümə bir damla da olsa inansaydım hər şey başqa çür olardı.Bilirəm sənində məndən xoşun gəlirdi.Bunu dodaqların deməsədə gözlərin deyirdi.
    Axdarıram bir səbəb tapmağa çalışıram,axı niyə bu qədər qorxaq oldum?! Səbəb yox idi axı...
    Səbəb xariçi görünüşüm də deyildi.Ətrafımdakı insanların dediyinə görə çoox gözəl idim.Hətda hisslərimdən xəbərdar olan dostlarım səni mənə yaraşdırmırdılar da. Bilmırəm… məni təəssüfləndirən indi yalnız qorxaqlığımdır.Nə isə....
    Tel götürürəm nömrəni yığıram,əlim ayağım əsir.Nəhayət çağırır.Cooox sevinırəm.Gözlərimdən yaşlar boşalır bir anlıq və sən tel götürürsən.
    Alo.Alo...
    Səsinə qulaq asıram.Yeddi il həsrət qaldığım səsinə. Mən isə sakit dururam.
    Nə deyə bilərəm axı,Zamanında deyə bimədim hisslərimi, indi deməyimin nə mənası var axı.
    Artiq gecdi.Səni Sevmirəm artıq.Sadəcə şirin bi xatirəsən mənim üçün.Uşaqlığımın və gənçliyimin şirin bir xatirəsi.Saflığımın təmizliyimin, ülvi sevgimin bir nişanəsi.Səninlə bitdi demık olar ki bütün saf hisslərim.Səndən sonra sevmədimmi?!Sevdim...Amma başqa cür səni sevdiyim kimi deyil!
    Təəssüflənirəm səni öz səhvim ucbatımdan itirdiyim üçün.Amma dəyişməyəsi bir
    həqiqət var. Sevgi gələr və gedər amma əzabı bir ömrə bərabaərdir...

    ReplyDelete
  2. Oxshar hadiseyle qarshilashan nece adam var, goresen? Saf fikirlerini deye bilmeyen, bir sehve, bir anlashilmazliga, bir aldatilmaya qurban geden, nece adam var? Sehvler ve ya anlashilmazliqlar birtereflidir, yoxsa qarshiliqli? Seven de, artiq sevmirem deyen de eyni adamdir, yoxsa deyishik? Unutdum, unutacam deyen,2 ferqli adamdir?

    ReplyDelete
  3. Oxshar hadiseyle qarshilashan nece adam var, goresen? Mence choxdur..qelb soyuyur bir anlashimazliq ucbatindan mentiqsiz qerarlar veririk..birde baxiriqki ureyimiz boshdur yalnishliqlarla ne qederde doldursaq qelbimizi qelbimiz bosdur

    ReplyDelete