Sep 24, 2011

Öz donumda

Mən kiminsə hazırladığı statistikanın rəqəmlərini artırmaq üçün yaşayan, gözə görünməyən toplumun içindən biri olmağa məcbur deyiləm ki. Həm mənə həmişə statistikadan kənarda qalanlar  daha maraqlıdır. Az olmaq heç də pis olmaq demək deyil. Əksinə, elə cəmiyyətlər var ki orada tək qalmaq çoxluğun içinə düşməkdən daha yaxşıdır. Ad günümdə telefonumun yaddaşında mesajlardan yer qalmasın deyə hamının ad gününü xatırlayıb təbrik etmək də içimdən gəlmir. “Baxın, mən necə aktiv, istiqanlı bir insanam” kimi görsənəcəm deyə sözümün bitdiyi yerdə boş-boş danışmağa da ehtiyac duymuram. İnsan susduğu zaman da danışa bilər. Bəzən saatlarla davam edən uzun söhbətlərdəki bir anlıq sükut daha çox şeyi anlata bilir. Bəzən adını bilmədiyin insanla on il üz-üzə gəlib bir saniyəlik baxışmaq da daha çox şeyi anladır. Bir neçə şöhrətpərəst insanın içində hörmətli sayılmaq üçün bütün maaşımı markalara vermək fikrim də yoxdur. Mən təkcə altı illik rəfiqəmlə də kifayətlənə bilərəm. Çoxluq mənimçün heç nəyi ifadə etmir. Dostluq sayına görə yox, keyfiyyətinə görə ölçülür. Mən sadəcə “mən” olaraq qalmaq istəyirəm. Yanımdakı insanların da xeyalımdakı idealı oğurlayaraq onun donunu geyinmədən qarşıma çıxmalarını istərdim.  Əminliklə atdığım addımların sonu puç olsa da, heç nəyə bəhanə gətirmək istəmirəm. Mənim səhvlərim mənə əzizdir. Çünki, hər biri mənə onları yaşamadan öyrənə bilməyəcəklərimi öyrətdi. Çünki, hər birinin arxasında təəssüflərlə nəticələnsə belə böyük ümüdlərim dayanıb.

2 comments:

  1. Menimde 13 illik refiqem var.Tebbi ki bir-birimizin baresinde bilmediyimiz hech bir shey yoxdur.13 il hechde kicik bir gosterici deyil .Amma bezen onunda yaninda saatlarla dinmeden danishmadan durduqum vaxtlar olub.Bezen onununlada paylasha bilmediyim sheyler olub.Yox Sebeb ona demek istemediyim olmayib.Sadece hec kimle danishmaq istemediyim olub.Bezen oz sesimide eshitmek istemediyim olub,bezen sakitce bir noqteye saatlarla baxdiqim olub,bezen tanimadqim insanla dayanmadan danishmaq istemishem.Niye bilmirem.Belkede sadece dinlenmek istemishem,hech bir sualsiz,mudaxilesiz…Insan ozu kimi davrananda niye cemiyyetde az sevilir?men mecburam gulmek istemediyim halda gulub mene ne yaxshi guler uz insandir desinler deye?Mecbur deyilem.Niye bizden yashca boyukler sevirler bize meslehet vermeyi?Meni en chox inciden bilirsen nedir?Meslehet verdiklerinde menim men oldugumu unudub mende gormek istedikleri meni yaratmaq isteyleri.Ozunu mudafiyeye kecdikde ise olursan cavab qaytaran,soze qulaq asmayan,inadkar,burnunun dikine geden…Men chox mushaide etmishemki meslehet vermeyi seven insanlar heyatda xoshbext olmayan,heyatda movqeylerini tapa bilmeyen,ne isteyib ne istemediklerini bilmeyen,teklikde qaldiqda bele ozleri olmaqdan qorxan insanlardir.Men nece varam belede qalacam.Meni deyishmek artiq gecdir.Gulmek istediyim yerde gule aglamaq istediyim yerde aglaya bilen biriyem.
    Bizim cemiyyetde adet halini alan xususiyyetlerden biri..Qonaq gedende veya hansisa bir meclise gedende.Aha filenkesde orda olacaq yaxshi geyin,filenkes burdadir dur gorush,filenkes sene baxir ozunu yaxshi apar ve s.Chox maraqlidir o filenkes mene gore neise edib?Men axi agilsiz deyilem,axi idare edilmeye ehtiyacim yoxdur.Anlamiram bunu ozlerine borc bilirler yoxsa vezife..Ozume gore duzgun addimlar atdiqimi secdiyim ucun men sehvlere aciq insan oluram.Bezen qarshimdaki insanla danishanda onun sozunu qurtarmasini gozlediyimi danishmaqa telesdiyimi gorurem.Chunki hiss ediremki danishib-danishib oz sozunu deyib sohbeti burdacada baglayacaq ve meni dinlemeyecek .Sohbetini bolub sozunu demek istediyinde ise olursan medeniyyetsiz,soz dinlemeyen .Onun danishdiqi, bildiyi her shey duzdur sanki.Umumiyyetle son vaxtlar insanlarda “men sene demishdim”ifadesini kimese demek istedikleri uchun macal axtardiqlarini hiss edirem..Movzudan movzuya kecdim,chox uzun uzadi yazdim amma yazdiqlarini oxuduqumda dushunmeden bunlari yazmaq mene rahatliq verdi..Eziz Kama demek istediyim bu cemiyyetde oz donumuzda olmaq chox chetindir…
    (U.B)

    ReplyDelete
  2. hmm..raziyam..amma chetin olan daha maraqli deyilmi? Asani hami bacarir..

    ReplyDelete